YAŞAT Fondundan şəhid ailəsinə dəstək
"YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.
Fonddan verilən məlumata görə, silsilə dəstək tədbirləri çərçivəsində Vətən müharibəsinə könüllü yollanan, Suqovuşanda şəhidlik zirvəsinə ucalan Elnur Şirinzadənin ailəsinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Elnur Şirinzadə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.