Yaşayış binasında partlayış olub, xəsarət alan var - Gəncədə

Gəncədə yaşayış binasında partlayış olub. APA TV-nin məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzillərdən birinin mətbəxində qaz sobası partlayıb. Nəticədə evdə olan, 1934-cü il təvəllüdlü Brilyant Məhəbbət qızı Hüseynova xəsarət alıb. Hadisə yerinə FHN-nin əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv