Yaşayış binasında TƏHLÜKƏLİ ANLAR
Bakıda yaşayış binasında yanğın baş verib.
APA TV xəbər verir ki, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 28 A ünvanında qeydə alınıb.
Yanğın hündürmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verib. Belə ki, qısaqapanma nəticəsində kombi yanmağa başlayıb.
Dərhal hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb edilib. Onların səyi nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət ala olmayıb.