Yaşayış evi yandı, sahibi xəstəxanada öldü - BALAKƏNDƏ

Balakəndə yaşayış evində yanğın olub.

 

APA TV-nin məlumatına görə, belə ki, rayonun Aydın Məmmədov küçəsində, 1955-ci il təvəllüdlü Zahid Əmrəliyevə məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb.

 

Yağın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Zahid Əmrəliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Alov söndürülüb, yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.


Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv