Yaşayış evi yanğından belə qorundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən APA TV-ya verilən məlumata görə, Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bilavasitə bitişik çəpər və kol-kos sahədə baş verdiyi və hər an evə keçmək riskinin olduğu müəyyən edilib. Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının bitişik evə və təsərrüfat tikilisinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

 

Bitişik ev və təsərrüfat tikilisi yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv