Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi açıldı

Bakıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb.


DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib. 
Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.


Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Bahadur Əsgərov yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bahadur Əsgərov barəsində Cinayət Məcəlləsinin epidemiya əleyhinə və karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv