Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlandı

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Nəticədə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı şəhər sakini Müşviq Bədəlbəyliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv