Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edildi
Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olması müəyyən edilib. O, polis əməkdaşları tərəfindən müəyyən edilmiş tibbi proseduralar gözlənilməklə yaşadığı evə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu
APA TV