"Yaşıl dəhliz" sayəsində xarici iqtisadi fəaliyyət iştirakçıları 30 mln. manat qənaət ediblər

Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.

 

APA TV-nin məlumatına görə, bunu “Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

 

Onun sözlərinə görə, burada söhbət yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən gedir.

 

İstehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirildiyi halda, vergi rüsumlarının artırılması da planlara daxildir. Buna səbəb köhnə avtomobillərin idxal ehtimalını azaltmaqdır: “İxrac əməliyyatlarında da 235 şirkət “Yaşıl dəhliz” iştirakçısı hüququnu əldə edib ki, bu şirkətlərin də ixrac əməliyyatlarında payı 33% təşkil edir. Rəqəm etibarı ilə bu göstərici 4,51 mlrd. dolları üstələyir".

 

DGK sədrinin sözlərinə görə, hazırda Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə vergi və rüsumlar nə qədər artırılsa da, istifadəçilər köhnə nəqliyyat vasitələrinə üstünlük verir.

 

Səfər Mehdiyev həmçinin bildirib ki, bu günədək 430 hüquqi və fiziki şəxs tərəfindən idxal əməliyyatları ilə məşğul olmaq üçün Dövlət Gömrük Komitəsindən (DGK) "Yaşıl dəhliz" buraxılış sistemindən icazə əldə edib: “Nəqliyyat vasitələrinin sayı 12 faiz artıb, 53.729 nəqliyyat vasitəsi 2020-ci ildə Azərbaycan Respublikasına idxal olunmuşdur. Əvvəlki ildə bu rəqəm 47.709 nəqliyyat vasitəsi olmuşdur. Lakin bu nəqliyyat vasitələri köhnə olduğu üçün statistik dəyər etibarilə 10 faiz azalma olub”.

 

İdxal əməliyyatlarının 40%-i məhz "Yaşıl dəhliz" iştirakçıları tərəfindən həyata keçirilib ki, bu əməliyyatların da dəyəri 4,4 mlrd. dollar təşkil edib. Xarici iqtisadi fəaliyyət iştirakçıları isə bu sistemin tətbiqindən sonra 25-30 mln. manat həcmində vəsaitə qənaət edə bilib.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv