“Yaşıl Marafon” çərçivəsində Şirvanda 2500 ağac əkilib

“Yaşıl Marafon” çərçivəsində Şirvanda 2500 ağac əkilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” çərçivəsində Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsinin yaxınlığındakı meşə fondu torpağının 2 hektar ərazisində 2500-dən çox göyrüş ağacı basdırılıb.

Qeyd edək ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək respublikanın 120 hektar meşə fondu torpağında 150 mindən çox müxtəlif cinsli ağac əkilib, 2600 kiloqram toxum səpilib. 

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Yaşıl Marafon” çərçivəsində ölkə üzrə 1 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur. 

Müəllif | Apa.Tv
Apa.tv