Yaşlı qadın özünü 8-ci mərtəbədən atdı - YASAMALDA
Yasamal rayonunda yaşlı qadın intihar edib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Məhəmməd Xiyabani 194 ünvanında qeydə alınıb. Yaşlı qadın özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb.
Əraziyə təcili tibbi yardım əməkdaşları gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Qonşuların verdiyi məlumata görə, dünyasını dəyişən qadın ruhi xəstə olub.
Faktla bağlı araşdırma aparılır.