Gəncədə yataqxana yandı - 1 NƏFƏR XƏSARƏT ALDI
Gəncədə yataqxana yanıb.
APA TV-nin qərb bürosunun məlumatına görə. Hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb.
Beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində 2 otaqlı mənzilin 1 otağı yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər təxliyə edilib.
Mənzilin qalan hissəsi, eləcə də digər mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.