Yaxın günlərdə Azərbaycanda anomal istilər olacaq – 19 DƏRƏCƏ İSTİ...

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  10-15, Bakıda  gecə 3-5, gündüz  13-15 dərəcə isti olacaq.

 

Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  0-5, gündüz  12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq.

 

Yeri gəlmişkən, qeyd edək ki, fevralın 6-da havanın temperaturu 19 dərəcəyədək yüksələcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, yaxın 2 gün ərzində ölkədə hava şəraitini cənubdan hərəkət edən isti hava kütlələri təyin edəcək. Ona görə də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Paytaxtda maksimal temperatur 10-15, ayın 6-da isə 19 dərəcəyədək isti olacaq. Aran rayonlarında havanın temperaturu 12-17, fevralın 5-6-da bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək. Dağlıq ərazilərdə də anomal isti hava şəraiti hökm sürəcək. Həmin ərazilərdə 7-12 dərəcə isti gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv