Yazıçı Samirə Əşrəfin yeni kitabı: 12 gözəl hekayə

Yazıçı Samirə Əşrəfin yeni çapdan çıxan kitabının təqdimat mərasimi keçirildi.“Mənim üçün qızılgül” adlanan kitabda müəllifin 12 hekayəsi yer alıb.

 

 

Kitabın təqdimat mərasimində media nümayəndələri ilə yanaşı, ədəbiyyat və incəsənət nümayəndələri də iştirak edib. Çıxış edənlər həm yazıçı, həm də kitab haqqında təəssüratlarını bölüşdülər.

 

 

Təqdimat mərasiminin ardınca kitab yazıçının imzasıyla oxuculara təqdim edildi.

Xatırladaq ki, kitabın redaktoru və ön söz müəllifi tənqidçi Cavanşir Yusiflidir. Kitab “Alatoran” nəşriyyatında çap olunub. “Mənim üçün qızılgül” yazıçının sayca ikinci kitabıdır.

 

AYTƏN SAKİTQIZI

CEYHUN MUSTAFAYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv