YDM-ə basqın edib yandırmaq istədi – GƏNCƏDƏ ƏMƏLİYYAT

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə fevral ayının 22-də səhər saat 5 radələrində bir nəfər maskalı, naməlum şəxsin şəhər ərazisindəki yanacaq doldurma məntəqələrindən (YDM) birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.

 

Keçirilən əməliyyat nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

 

Ruslan Tağıyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv