Yemək sifariş edən azərbaycanlı tələbə qızın başınaOYUN AÇDILAR
Türkiyədə təhsil alan 21 yaşlı azərbaycanlı qız kuryerin zorakılığana məruz qalıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə qızın bir il əvvəl “Yemek Sepeti” dən sifariş etməsi ilə başlayıb.
Belə ki, Sağlamlıq Elmləri Universitetinin tələbəsi, 21 yaşlı azərbaycanlı Fatimə İ. bir il öncə “Yemek Sepeti” dən sifariş edib. Fatimənin sifarişini ünvana çatdıran kuryer onun əlaqə məlumatlarını götürərək davamlı olaraq qıza mesaj göndərməyə və zəng etməyə başlayıb.
Fatimə polisə ifadəsində bildirib ki, kuryerin ismarıclarına mənfi cavab verib və mobil nömrəsini bloklayıb. Amma kuryer bundan sonra müxtəlif sosial media platformalarından ona yazmağa başlayıb.
Zərərçəkmişin sözlərinə görə, hətta kuryerin zorakılıqlarına görə evini belə dəyişib.
Azərbaycanlı qız kuryerin onu rahat buraxmadığını gördükdə isə polisə şikayət edib. Yalnız bundan sonra kuryer polis əməkdaşları tərəfindən saxlanılaraq, məsuliyyətə cəlb olunub.