Yenə hamı şəkili Hikmət babadan danışır

İndi onu hamı Hikmət baba kimi tanıyır.

Söhbət Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayevdən gedir. 44 günlük müharibə dövründə xeyrxah addımı ilə ölkəmizin hüduddlarından kənarda da insanların böyük rəğbət və sevgisini qazanan Hikmət baba qardaş ölkə Türkiyədə baş verən zəlzələdən sonra yenə adını ön sırada yazdıra bildi.

Ötən gün Hikmət baba əmək təqaüdünü alaraq “ASAN Xidmət”ə yolanıb. Son vaxtlar getdiyi hər yerə əlində iki qardaş ölkənin bayraqlarını aparması da təsadüfi deyil. Gəldiyi Şəki “ASAN Xidmət”də  isə onu hər kəs xoş üzlə, ən əziz qonaq kimi qarşıladı.

Hikmət baba təqaüdünün çox hissəsini zəlzələdən əziyyət çəkənlərə ödəməklə bir daha öz insanlıq, qardaşlıq borcundan çıxmış oldu.

 

Vüqar Heydərov,

Əhməd Fərruxoğlu

Müəllif | Apa.Tv
Apa.tv