Yeni 10 manatlıqlar belə oldu
Azərbaycanda 10 manatlıq kağız pul nişanları yenilənib.
APA TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hazırda “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dəyişilib.
Mərkəzi Bank yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının 22 iyun 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edib.