Yeni doğulmuş qız uşağını atıblar - ŞİRVAN SAKİNİNİN QAPISINA

 

Şirvan sakini mənzilinin qarşısından yeni doğulmuş körpə tapıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 2-3 gün əvvəl doğulduğu ehtimal edilən körpəni yun parçaya büküb, sellofan torbada Leytenant İbrahimov küçəsi 18 nömrəli binadakı 2-ci mənzilin qapısına atıblar.

Körpəni aşkar edən şəxs polisə məlumat, polis isə körpəni Şirvan doğum evinə təhvil verib.

Adsız kimi qeydiyyata alınan 2,4 kiloqram çəkisi olan qız təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. Uşağın göbəyinin qeyri-peşəkar kəsilməsi onun tibb müəssisədə doğulmadığını deməyə əsas verir. Körpəyə bütün yardımlar edilib. Küveysə yerləşdirilən körpənin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv