Yeni ildə 5 gün iş olmayacaq - APA TV

 

Yeni ildə 5 gün iş olmayacaq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Belə ki, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. Buna görə də, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixləri ardıcıl qeyri-iş günü olacaq.

Müəllif | Apa.Tv
Apa.tv