Yeni ilin ilk körpəsi qızdır

Yeni ilin ilk doğumu saat 00:01-də Goranboy Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

APA TV xəbər verir ki, rayonun Zeyvə kənd sakini Rühəngiz Qədimova qız uşağı dünyaya gətirib. Bu həm rayonda, həmdə ölkədə ilk doğuş olub. Ailəyə sevinc bəxş edən uşağa Gülay adı verilib.

2021-ci ilin il körpəsinin çəkisi 3 kq 300 qramdır. Xəstəxanın doğum şöbəsinin müdiri uşağın və ananın vəziyyətlərinin normal olduğunu bildirib.

Qeyd edək ki,Goranboy rayon Zeyvə kənd sakinin dünyaya gətirdiyi qız uşağı ailənin 2-ci övladıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv