Yeni metro stansiyası necə adlandırılsın? - SORĞU

Bakıda 53 ildir metro işləyir və artıq təkcə o yana-bu yana yox, hər yana gedir. Çətin elə bir adam tapıla ki, bir dəfə də olsun, metrodan istifadə etməyə.

 

Son bir neçə ildə yeni metro stansiyalarının istifadəyə verilməsi Bakıda həm də yeni ünvanların yaranması deməkdir. Növbəti metro stansiyası isə paytaxtın Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsində açılacaq. Bu ünvanın necə adlandırılacağı hələ məlum deyil. Biz isə Bakı sakinlərinin təkliflərini eşitmək istədik:

 

“Mübariz İbrahimov. O, vətən uğrunda döyüşüb. İstərdik elə oğullardan çox olsun”.

 

“Hacı Zeynalabdin Tağıyev. Xeyriyyəçi insan olub. Onun şərqdə ilk qızlar məktəbi açması böyük tarixi hadisədir”.

 

“Azərbaycanın Milli Qəhrəmanları ola bilər. Savadlı elm xadimlərimiz ola bilər. Amma Milli Qəhrəmanlarımızdan birinin adı verilsə, daha yaxşı olar. Onların ümumi xatirəsinə “İgidlər” adı verilə bilər”.

 

“Bilmirəm”.

 

“Şəhidlərimizdən, ya da dahi adamlarımızdan birinin adını versinlər. Çoxdur, o qədər Milli Qəhrəmanlarımız var ki... Onlardan birinin adını versinlər”.

 

“Mübariz İbrahimov və Məhəmməd Əmin Rəsulzadə ola bilər”.

 

“Ancaq Mübariz İbrahimov. Çünki Mübariz buna layiqdir”.

 

“Şəhidlərin, Mübariz İbahimovun”.

 

“Heydər Əliyev”.

 

“Məhəmmədəmin Rəsulzadə ola bilər. Azərbaycanı müstəqil edənlərdən biri də odur”.

 

“Əlbəttə ki, Mübariz İbrahimov”.

 

“Milli Qəhrəmanlardan biri olsun. Məsələn, Mübariz İbrahimov”.

 

“Hacı Zeynalabdin Tağıyev. Çünki o, böyük şəxsiyyətdir. Onun çox böyük uğurları olub. Azərbaycan xalqı üçün çox böyük işlər görüb”.

 

“Rəsulzadənin adı verilsin”.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, yeni metro stansiyasına adın verilməsi və mövcud stansiyalarda adların dəyişdirilməsi məsələsi ilə Nazirlər Kabineti yanında Adqoyma Komissiyası məşğul olur.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv