Yeni sərgi-yarmarkası sahibkarlara nə VƏD EDİR?

Bakıda 50-yə yaxın şirkətin iştirakı ilə təhsil sərgi-yarmarkası keçirilib.

 

APA TV xəbər verir ki, “Gələcəyini inşa et!” devizi ilə təşkil olunan sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır.

 

50-yə yaxın şirkətin iştirak etdiyi sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, eləcə də digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə ediblər.

 

Sərginin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, səfirlər, rektorlar və digər rəsmi şəxslər iştirak ediblər.

 

Sərgi oktyabrın 2-dək davam edəcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv