Yeniyetmə qıza qarşı əxlaqsız hərəkət edən məmur həbs edildi
Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəfail Hüseynov cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.