Yeniyetməni avtomobil vurub - Bakıda

Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.

APA TV xəbər verir ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Abidinli Emin Ənvər oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv