Yeniyetmənin başına daş piltəsinin düşdüyü anı müşahidə kameraları çəkib
Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb. Hadisə anı müşahidə kameralarına düşüb.
APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.
Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.
Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.