Yevlax sakinindən 22 kq-dan çox narkotik bitki götürülüb
Yevlax sakinindən 22 kq-dan çox narkotik bitki götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi əməkdaşlarının “Xaş-xaş 2020” tədbirlər planına əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yevlax rayonunun Havarlı kənd sakini Şahin Tağıyev saxlanılıb.
Onun yaşadığı fərdi evə baxış keçirilən zaman həyətyanı sahədən 107 ədəd ümumi kisi 21.5 kq olan, xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə kolları və ümumi çəkisi 9.144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb: “3-4 ildir istifadə edirəm. Aprel ayında əkmişəm. Quruduqca baxırdım. Torpaq görürdüm quruyub, 3-4 gündən bir sulayırdım”.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.