Yevlax sakinlərindən zəlzələdə zərərçəkənlərə böyük dəstək

Türkiyəyə yardım aksiyasına Yevlax şəhəri də qoşulub.

Türkiyəyə yardım aksiyasına Yevlax şəhəri də qoşulub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dolu yük maşınları Gəncədəki məntəqəyə gəlib. Yük 8 böyük generayotor, ərzaq, quru qidalar, konservlərdən ibarətdir.

Rayonda əhali yardım aksiyasını davam etdirir, yüklər toplandıqca Gəncədəki məntəqəyə daşınacaq, buradan isə Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə zəlzələdən zərər çəkən bölgələrə göndəriləcək.

Müəllif | Apa.Tv
Apa.tv