Yevlaxda 200-ə yaxın rayon sakini qan verdi

Yevlaxda qanvermə aksiyası keçirilib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 200-ə yaxın rayon sakini  könüllü qan vermək üçün “Qan ver, yaşat” aksiyasına qatılıb.

Aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub. Həkimlərin sözlərinə görə, qan vermək insanların özlərinin də sağlamlığı üçün faydalıdır.

Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev də ehtiyacı olanlar üçün qan verib.

Ehtiram Muradov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv