Yevlaxda 26 yaşlı gənc qətlə yetirildi
Yevlaxda 26 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini, 1994-cü il təvəllüdlü Ceyhun Seyidov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən törədilməsi hələ ki, məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.