Yevlaxda 55 yaşlı kişi bıçaqlandı
Yevlaxda 55 yaşlı kişi bıçaqlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Hadisə rayonun Hacıselli kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü kənd sakini İldırım Qocayev mübahisə zəminində bıçaqlanıb. Döş qəfəsindən iki bıçaq zərbəsi alan yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.