Yevlaxda iki qardaşdan biri Kürdə boğuldu, digəri xilas edildi

Yevlax şəhəri ərazisində - Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib. 

 

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb. 

 

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv