Yevlaxda “Jiquli” camışla toqquşdu - 2 YARALI
Yevlaxda yol qəzası baş verib, yaralananlar var.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunda, magistral yolun Yevlax rayonunun Hürüşağı kəndi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, “VAZ-2106” markalı avtomobil gözlənilmədən önünə çıxan iribuynuzlu heyvanla toqquşub. Arxadan gələn digər avtomobil də təkrar heyvana çırpılıb. Camış hadisə yerində tələf olub.
Maşında olan Yevlax rayon sakinləri - 1962-ci il təvəllüdlü Soltan Ənvər oğlu Səmədov və onun 25 yaşlı oğlu Emin Səmədov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.