Yevlaxda kanalda batan qadının cəsədi tapıldı
Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan Yevlax şəhərinin Kolanı kənd sakini, 1965-ci il təvəllüdlü Şölə Nəzərovanın cəsədi bu gün tapılıb.
Mərhumun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Şölə Nəzərova yanvarın 28-də Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batıb.