Yevlaxda karantin rejiminə zidd fəaliyyət göstərən çayxana aşkar edilib
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin Mingəçevir bürosuna verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Gülövşə kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib. Çayxananın sahibi və orada olanlardan 6 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.