Yevlaxda karantin rejimini pozan kafe aşkar edilib
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-nin Mingəçevir bürosuna verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Kafedə olanlardan 4 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.
Kafenin sahibi Şahin Məmmədov barəsində isə protokol tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.