Yevlaxda yanğın baş verdi

Yevlaxda qamışlıq və kolluq ərazidə yanğın baş verib.  

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, havanın küləkli olması yanğının miqyasını böyüdüb. Yanğın sahəsi Aran qəsəbəsi - Bəhramtəpə Mağistral yolunun kənarında - rayonun Qaraməmmədli kəndi ərazisində baş verib . APA TV-nin çəkiliş qrupu yerli Yanğından Mühafizə bölmələrinə yanğın barədə məlumat verib.

 

İnterşum : yanğından görüntülər

 

Qeyd edək ki , yanğın ərazisindən yüksək gərginlikli elektrik xətti keçir.

 

Elgün Gəncimsoy - APA TV Yevlax

Müəllif | Apa.Tv
Apa.tv