Yıxılaraq öldüyü deyilən şəhid qardaşı sağdır
Gəncədə bədbəxt hadisə qeydə alınıb.
APA TV-xəbər verir ki, Belə ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı yenisi ilə əvəz etmək istəyib. Bu zaman yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, həkimlər Pərviz İsgəndərovun hazırda vəziyyətinin ağır olduğunu deyib.
NAMİQ RƏSULOV-XƏSARƏT ALANIN QOHUMU
Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır. Ötən gün sosial şəbəkələrdə P.İsgəndərovun hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı səhv xəbər yayılmışdı.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə