Yol çəkilişi zamanı qaz borusu partladı, yaralılar var - TOVUZDA

Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb. Hadisə nəticəsində 1957-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini Məhərrəm Süleymanov və 1966-cı il təvəllüdlü, Bakı şəhər sakini Sənan İsmayılov xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məhərrəm Süleymanovun vəziyyəti ağır, Sənan  İsmayılovun vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv