Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən şəxs yaxalandı
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-yə verilən məlumata görə, əvvəllərdə sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən, rayon sakini, Tural Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub: “Qabağını qaldırmışam səs boğucu siqnal qoymuşam. Başqada arxasını endirmişəm. Cavanlıqdı olubdur. Belədə rayon sakinlərində nə isə narahatçılıq olubsa üzr istəyirəm”
Tural Hüseynov barəsində yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.