Yol tikirdi, minaya düşdü - Ağdamdakı partlayışın təfərrüatları

Ağdamda ekskavator minaya düşüb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağdam rayonunun Qərvənd kəndində baş verib. Yol tikintisi ilə məşğul olan Qubadlı rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ekskavator işlədərkən minaya düşüb. Yaralı Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xoşbəxtlikdən həyati təhlükəsi olmayan ekskavatorçu evə buraxılıb. 

Texnikanın minaya düşdüyü əraziyə Ağdam rayon prokrorluğu və Ağdam rayon polis şöbəsi tərəfindən baxış keçirilib.


Ermənilərin Ağdam rayonunu işğalda saxladığı müddətdə bütün ərazilərə mina basdırdığı heç kimə sirr deyil. Bu səbəbdən də işğaldan azad olunan ərazilərdə çalışan işçilər qədər bura yaxın ərazilərdə yaşayan yerli sakinlər də təhlükədədir:
 

- Sel sularının gətirdiyi minalar kənd sakinlərinə ciddi ziyan vurur. Mal-qaramız düşür, yol işçiləri işləyir onlar düşüb. Düzdü traktorçu salamatdır, amma traktora xeyli ziyan dəyib.

- Evdə oturmuşdum.Bərk partlayış səsi gəldi. Yolçəkənlərin traktoru minaya düşüb
.

 

Hüquq mühafizə orqanları və mütəxəssislər, Xaçınçay çayının yatağının işlək hesab edilməsinə baxmayaraq partlayış baş verməsinə ilkin ehtimal kimi partlamamış döyüş sursatını ora sel sularının gətirildiyini bildirirlər. Hüquq mühafizə orqanları və ANAMA əməkdaşları yerli sakinlərdən işğaldan azad edilən ərazilərə qeyri qanuni yolla keçməməklərini, rastlaşdıqları döyüş sursatlarına və naməlum əşyalara toxunmamağı xahiş edir.

Elgün Gəncimsoy,
Ziya İsmayıloğlu,
APA TV

Müəllif | Apa.Tv
Apa.tv