Yolu keçmək istəyən piyada maşının altına yıxıldı - MASALLIDA DƏHŞƏT
Masallıda magistral yolu keçərkən ehtiyatsızlıq edən şəxs mikroavtobusun altında qalıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının Səmidxan kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Qodman kənd sakini Təhmasib Həşimov maşınında nasazlıq yaranan şəxsə kömək etmək üçün yolun qarşı tərəfində keçmək istəyib. Bunun üçün o, iki yolu ayıran beton maneənin üzərinə çıxıb. Bu zaman müvazinətini itirən Təhmasib Həşimov Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Ceyhun Tağıyevin idarə etdiyi “Ford” markalı mikroavtobusun altına yıxılıb. Nəticədə piyada hadisə yerində ölüb.
Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.