Yolu kəsilən sürücü "07"-ni sürüyüb özünə yol açdı
Bakıda sürücünün etdiyi hərəkət nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanan "VAZ 2107" markalı avtomobilə görə oradan çıxa bilməyib. Həmin avtomobilin sahibini tapa bilməyən sürücü əsəbilərinə hakim gələ bilməyərək geriyə hərəkət edib. O, "07"-ni sürüyərək özünə yol açıb.