Yolu qarşı tərəfə keçmək istəyən uşağı maşın vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Cəlilli kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Cəlilli kənd sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Xəyyam oğlunu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv