Yük avtomobili ilə minik avtomobili toqquşdu

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində “Mercedes” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv