Yük maşını aşdı, sürücü altında qaldı

Şəkidə “Zil” markalı yük maşını aşıb, sürücü aldığı ağır xəsarətlərdən ölüb.

APA TV-nin məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Şəki sakini 60 yaşlı Mahir Hacırəhimovun idarə etdiyi "Zil" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə  zamanı sürücü maşının altına düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı sıxılmış vəziyyətdə qalan Mahir Hacırəhimovu çıxarmaq üçün hadisə yerinə Fövqəladə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən çıxarılan Mahir Hacırəhimov  Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də. Həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov,

Əhməd Fərruxoğlu,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv