Yük maşını atlını vuraraq öldürdü - BALAKƏNDƏ

Balakəndə kiçiktutumlu yük maşını atlını vurub.

APA TV-nin məlumatına görə, hadisə Balakən-Qazbinə-İtitala avtomobil yolunun rayonun Püştətala kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Sərxan Alqayev idarə etdiyi “Ford” markalı kiçiktutumlu yük maşını ilə hərəkətdə olarkən onun yoluna atlı çıxıb.

Baş verən qəza zamanı rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Hadisə zamanı at da tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv