Yük maşını minik maşını ilə toqquşdu, ölən var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Mürşüdoba kəndi ərazisində qeydə alınıb. "Tır"la " VAZ 2107"nin toqquşması nəticəsində minik maşınında olan bir nəfər dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir. Bir nəfər də xəsarət alıb.

Müəllif | Apa.Tv
Apa.tv