Yük maşının vurduğu kənd sakini öldü - ŞƏKİDƏ
Şəkidə avtomobilin vurduğu piyada xəstəxanada keçinib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 27-dən 28-ə keçən gecə Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı yolu keçmək istəyən həmin kəndin sakini - 1965-ci il təvəllüdlü Hüseyn Yunus oğlu Qeysəddinov rayon sakini İntizar Şəmiyev idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə vurub.
Faktla bağlı araşdırma aparılır.