Yük maşınının sürücüsü naməlum şəraitdə öldü
Bakı-Qazax yolunda sürücü ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Müsüslü kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Yaşar Nağıyev idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını yol kənarında saxlayıb. Hələ ki, bilinməyən səbəbdən o, elə maşının yanında dünyasını dəyişib. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.
İlkin araşdırmalar nəticəsində meyitin üzərində heç bir zorakılıq əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV